Lloyd Ostin - məqsədimiz Rusiyanın öz qonşularına zülm etmək üçün əvvəllər malik olduğu hərbi imkanlara sahib olmamasıdır
Məqsədimiz Rusiyanın öz qonşularına zülm etmək üçün əvvəllər malik olduğu hərbi imkanlara sahib olmamasını təmin etməkdir.
Bu barədə ABŞ müdafiə katibi Ramştain bazasında keçirilən mətbuat konfransında bildirib.
Lloyd Ostin, Rusiyanın həm insan resursları, həm də hərbi texnika baxımından Ukraynada 62 günlük müharibə zamanı böyük itkilər verdiyini bildirir. Pentaqon rəhbəri hazırda Rusiyanın daha zəif olduğunu hesab edir.
“Rusiya üçün sanksiyalar və ticarət məhdudiyyətləri səbəbilə hərbi potensialını bərpa etmək çətin olacaq. Məqsədimiz Rusiyanın öz qonşularına zülm etmək üçün əvvəllər malik olduğu hərbi imkanlara sahib olmamasını təmin etməkdir.
Ostin jurnalistin sualına cavab olaraq, Ukraynanın gələcəkdə yenidən NATO-ya üzv olmaq cəhdini istisna etmədiyini qeyd edib, lakin ABŞ müdafiə katibi indiki mərhələdə Ukraynada müharibənin sona çatmasının əsas olduğunu bildirib.
“Putin bu münaqişəyə son qoymaq qərarı verməli və danışıqlar masasına qayıtmalıdır”, – deyə Ostin bildirib.