Lloyd Ostin - indi münaqişənin kritik mərhələsidir, bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyətə malikdir və təcilidir
ABŞ-ın müdafiə katibi Lloyd Ostin, Rusiyanın Ukraynaya qarşı müharibəsinin “kritik mərhələyə” qədəm basdığını və buna görə də Qərbin dəstəyinin Kiyev üçün mühüm rola malik olduğunu bildirib. Pentaqonun rəhbəri bu barədə Ukrayna məsələsi üzrə müdafiə təmas qrupunun iclasında bildirib.
“Bu, münaqişənin kritik mərhələsidir və bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyətə malikdir və təcilidir. Rusiya, Ukraynaya və bizə daha çox dözə biləcəyini fikirləşir, lakin bu onun son zamanlardakı səhv hesablamasıdır. Biz dəstəyimizdə həmrəyik, öhdəliklərimizdə qətiyik” -deyə Ostin bildirib.
O, Putinin vətənlərini müdafiə etmək üçün mübarizə aparan azad insanların gücünü və onları dəstəkləyən beynəlxalq ictimaiyyətin iradəsini lazımi səviyyədə qiymətləndirmədiyini qeyd edib. Lloyd Ostinin sözlərinə görə, ABŞ Ukraynaya hər cür yardım göstərəcək ki, ölkənin özünü müdafiə etmək üçün texnologiyası, sursatları və silahları olsun.
Ostin, Ukrayna üçün bu həftə elan ediləcək yeni hərbi yardım paketində dörd ədəd “HİMARS” raket sistemi və döyüş sursatının yenidən nəzərə alındığını əlavə edib.