Lloyd Ostin - ABŞ İsrailin özünü müdafiə etmək üçün ehtiyac duyduğu hər şeyə sahib olmasını təmin edir, terrora haqq qazandırmaq olmaz
Lloyd Ostin - ABŞ İsrailin özünü müdafiə etmək üçün ehtiyac duyduğu hər şeyə sahib olmasını təmin edir, terrora haqq qazandırmaq olmaz

 
İndi bağışlanmaza haqq qazandırmağın, neytrallıq və ya saxta ekvivalentliyin vaxtı deyil-bu barədə İsraildə səfərdə olan ABŞ-ın müdafiə katibi Lloyd Ostin bildirib.

O, lazım gələrsə, Pentaqonun İsrailə əlavə hərbi yardım göstərməyə hazır olduğunu söyləyib.

“Dünyanın ən böyük təyyarədaşıyan gəmisi “Gerald Ford” hazırda regiondadır. Yaxın Şərqdə qırıcı təyyarələr eskadrilyalarımızı artırdıq və Müdafiə Departamenti əlavə aktivlər yerləşdirməyə hazırdır. Odur ki, səhv fikrə düşməyin, Birləşmiş Ştatlar İsrailin özünü müdafiə etmək üçün ehtiyac duyduğu hər şeyə sahib olmasını təmin edir. Terrora haqq qazandırmaq olmaz. İndi bağışlanmaza haqq qazandırmağın, neytrallıq və ya saxta ekvivalentliyin vaxtı deyil”-deyə Lloyd Ostin bildirib.