Liz Tras - Ukraynanı yenidən qurmaq üçün yeni Marşal Planına ehtiyac var
Liz Tras - Ukraynanı yenidən qurmaq üçün yeni Marşal Planına ehtiyac var

 
Ukraynanın bərpası üçün yeni Marşal Planına ehtiyac var-bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Luqanoda keçirilən Ukraynanın Bərpası Konfransında çıxışında bildirib.

Trasın da qeyd etdiyi üzrə, yeni yardım proqramına Ukraynanın özü rəhbərlik etməlidir.

O, ukraynalıların vətənlərinə təcili olaraq qayıtmasını təşviq etməyin zəruri olduğunu bildirir. Liz Trasın da qeyd etdiyi kimi, insanlara gələcəyə dair ümid vermək önəmlidir.

Bununla yanaşı, Böyük Britaniyanın xarici işlər naziri ölkəsinin gələn il Ukraynanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcəyini bildirib. Nazir, Böyük Britaniyanın Ukrayna hökumətinin yenidən qurma və inkişaf planını dəstəkləməkdə liderliyini davam etdirəcəyini qeyd edib.