Liz Tras - Qərb Putinə Gürcüstan, Krım və Donbasa müdaxilə etməzdən əvvəl güzəştə getdiklərindən tarixi dərs almalıdır
Liz Tras - Qərb Putinə Gürcüstan, Krım və Donbasa müdaxilə etməzdən əvvəl güzəştə getdiklərindən tarixi dərs almalıdır

 
Qərb Putinə Gürcüstan, Krım və Donbasa müdaxilə etməzdən əvvəl güzəştə getdiklərindən tarixi dərs almalıdır-bu barədə
Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Bosniya və Herseqovinaya səfəri zamanı bildirib.

Britaniya xarici işlər nazirinin sözlərinə görə, Britaniya və onun müttəfiqləri Rusiyaya güzəştə getməyi və ya onu sakitləşdirməyi müzakirə etməməlidirlər.

“Vladimir Putinin dünyaya fidyə tətbiq etməyə çalışması şok edicidir. Rus təcavüzünü sakitləşdirmək olmaz, onunla güc yolu ilə görüş lazımdır. Biz Ukraynada uzanan, ağrılı münaqişənin inkişafının qarşısını almalıyıq. Biz amansız olmalı, hərbi yardım və sanksiyalarla Ukraynanın qələbəsi üçün mübarizə aparmalıyıq. Hazırda ayağımızı qaz pedalından geri çəkə bilmərik” – deyə Liz Tras bildirib.