Liviyada daşqınlar 800 min insana ziyan vurub
Liviyada daşqınlar 800 min insana ziyan vurub

Aralıq dənizindəki “Daniel” qasırğası Liviyada 800 min insana təsir edib. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatına görə, bu rəqəm Liviya əhalisinin təxminən 11 faizini təşkil edir.

Axtarış-xilasetmə qrupları dağıntılar bölgəsində əməliyyatı davam etdirir. Liviyanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi seldən zərər çəkmiş bölgələrdə bir illik fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Ən çox zərər çəkmiş Derna şəhərində palçıq altında qalmış və ya dənizə yuyulmuş çox sayda qurbanın cəsədləri var. Son üç gündə xilasedicilər Derna yaxınlığındakı çimərliklərdən 450-dən çox cəsədi çıxarıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının Liviyadakı missiyası bildirib ki, fəlakət Liviyanın şərqində 38 mindən çox insanı, o cümlədən təkcə Dernada 30 mini köçkün vəziyyətinə salıb.

Liviyada daşqınlar nəticəsində 11 mindən çox insan həlak olub.