Livanın Baş naziri - qorxuram ki, İsrail və "HƏMAS" arasındakı müharibənin eskalasiyası bütün regiona yayılacaq və Yaxın Şərqi xaos bürüyəcək
Livanın Baş naziri - qorxuram ki, İsrail və "HƏMAS" arasındakı müharibənin eskalasiyası bütün regiona yayılacaq və Yaxın Şərqi xaos bürüyəcək

 
Livanın Baş naziri Nəcib Mikati İsrail və “HƏMAS” arasında müharibənin eskalasiyanın Yaxın Şərqdə xaosa səbəb olacağından ehtiyat edir.

Livan hökumətinin rəhbəri bildirib ki, davam edən münaqişə zamanı onun ölkəsi fırtınanın ortasında qalıb.

“Mən Livanın müharibəyə qoşulmasının qarşısını almaq üçün öz vəzifəmi yerinə yetirirəm. Hazırda “Hizbullah” vəziyyəti rasional və ağılla idarə edir və oyun qaydaları müəyyən hədlərlə məhdudlaşır. Qəzzada atəşkəslə eskalasiya arasında əsl yarış olduğunu görürəm, çünki gərginlik təkcə Livanla bağlı deyil, eskalasiyanın bütün regiona sıçrayacağından və Yaxın Şərqi xaosa bürüyəcəyindən qorxuram” – deyə Nəcib Mikati açıqlayıb.