Litvanın Baş naziri prezidentliyə namizədliyini irəli sürmək niyətində olduğunu açıqlayıb
Litvanın Baş naziri prezidentliyə namizədliyini irəli sürmək niyətində olduğunu açıqlayıb

Litvanın Baş naziri İnqrida Şimonite prezidentliyə namizədliyini irəli sürmək niyətində olduğunu açıqlayıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Simonite, Litvanın avropapərəst sağçı vətəndaşlarının səs verəcək birinə malik olmalarını istədiyini bildirib.

Litvada dövlət başçısı seçkiləri 2024-cü ilin mayında keçirilməlidir.