"Lisi" gölündə sabah idman festivalı "Tbi Lisi" açılacaq
"Lisi" gölündə sabah idman festivalı "Tbi Lisi" açılacaq

“Lisi” gölündə sabah idman festivalı “Tbi Lisi” açılacaq.

Tbilisi meriyasının məlumatlna görə, festivalın məqsədi gəncləri sağlam həyat tərzinə cəlb etmək və kütləvi idmanın inkişaf etdirilməsidir.

Meriyanın məlumatına görə, festivalın ilk günündə, 13 idman növündə turnirlər keçiriləcək.

Bu idman növləri arasında: basketbol, mini qolf, masa tennisi, dağa dırmanma, amerikan futbolu, karate, boça, frisbi, qol yıxma, şahmat, çerlidinq və volleybol var.

Festival çərçivəsində həmçinin, futbol dostluq matçı keçiriləcək, hansında meriyanın komandası və “Didube – 2014” futbol klubu oynayacaq.

Tədbir “Rezo və uşaqlar” qrupunun konserti ilə başa çatacaq.

Tbilisi meriyasının məlumatına görə, festival hər ayın sonunda keçiriləcək və bu ənənə altı ay davam edəcək.