Lisenziyası olan taksi sürücüləri avtomobillərinin boyanması və kimyəvi təmizlənməsi üçün bugündən etibarən vauçerlər alacaqlar

Taksi islahatı çərçivəsində, bugündən etibarən, vizual standartizasiya prosesi başlayır.

Lisenziyası olan taksi sürücüləri avtomobillərinin boyanması və kimyəvi təmizlənməsi üçün bugündən etibarən vauçerlər alacaqlar.

Bu barədə məlumatı paytaxtın meri Kaxa Kaladze verdi.

Tbilisi merinin dediyinə görə. vauçerləri 2018-ci ilin oktyabrın 10 daxil olmaqla, qeydiyyatdan və texniki yoxlanışdan keçən taksi sürücüləri alacaqlar.