Liana Cocuanın Absolyut Döyüş Çempionatındaki (UFC) debütü sentyabrın 7-də baş tutacaq
Sentyabrın 7-də Abu-Dabidə Absolyut Dünya Çempionatının yüngül çəkidə kateqoriyasında titul döyüşləri keçiriləcək (UFC242).
Habib Nurmaqomedov 9 aylıq diskvalifikasiyadan sonra ilk dəfə döyüşəcək. Dağıstanlı idmançı titulunu qorumaq üçün Dastin porie ilə döyüşəcək.
Gürcü idman pərəstişkarları üçün Abu-Dabidəki çempionat xüsusi ilə önəmlidir, çünki UFC-nin oktaqonunda 24 yaşlı idmançı Liana Cocua ilk dəfə döyüşəcək.
Liana Kanadalı Sara Moras ilə qarşılaşacaq.
Qeyd edilməlidir ki, Abu-Dabidə, UFC-nin qadınlar arasında döyüşü ilk dəfə keçirilir və demək olar ki, Liana Cocua tarixi bir hadisənin iştirakçısı olacaq.
Gürcü idmançı dünyanın ən prestijli döyüş təşkilatı olan UFC ilə kontraktı mart ayında imzaladı.