Lia Giqauri - Həkimlərin dediyinə görə, Barataşvili küçəsində zərər görən uşaqları sabah xəstəxanadan buraxacaqlar
Təhsil Nazirinin müavini Lia Giqauri İnqorokva klinikasına gedərək, bugün Barataşvili küçəsində baş verən bədbəxt hadisə nəticəsində zərər görən uşaqları ziyarət etdi.
Lia Giqaurinin dediyinə görə, uşaqların vəziyyəti stabildir və həyati təhlükələri yoxdur.
Lia Giqauri bədbəxt hadisə nəticəsində həyatını itirən Aslan Məmmədovun ailəsinə baş sağlığı verdi.
Onun dediyinə görə, hadisə yerində olan uşaqlar onunla söhbət edərkən söylədilər ki, şəhərə ekskursiyaya gəlmişdilər və Makdonaldsa girməyə hazırlaşarkən, böyük şüşəli binadan üzərlərinə şüşə düşdü.
Faciə zamanı zərə görən altı uşaqdan biri 14 yaşlı Aslan Məmmədov xəstəxanaya aparılan zaman həyatını itirdi. Digər uşaqların vəziyyəti stabildir.