"Li" qasırğası Kanadanın Yeni Şotlandiya əyalətində və Amerikanın Men ştatında problemlər yaradıb
"Li" qasırğası Kanadanın Yeni Şotlandiya əyalətində və Amerikanın Men ştatında problemlər yaradıb

“Li” qasırğası Kanadanın Yeni Şotlandiya əyalətində və Amerikanın Men ştatında problemlər yaradıb. Təbii fəlakət nəticəsində yollar su altında qalıb, ağaclar aşıb. Güclü külək elektrik xətlərini zədələyərək Kanada və ABŞ-da on minlərlə insanı işıqsız qoyub. Men ştatında bir nəfər ağacın avtomobilinin üzərinə aşması nəticəsində ölüb.

Qasırğa Kanadanın Yeni Şotlandiya əyalətini post-tropik siklon şəklində vurub. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, fırtına şimala doğru gedir. Küləyin sürəti saatda 100 kilometrə çatır. Gözlənildiyi kimi, qasırğanın gücü zəifləyəcək.

“Reuters” agentliyinin yazdığına görə, Yeni Şotlandiyada 120 minə yaxın insan işıqsız qalıb, qonşu Nyu-Brunsvik əyalətində isə 20 minə yaxın sakinin elektrik enerjisi kəsilib. Men ştatında 70 min vətəndaşa elektrik enerjisi verilmir.