Leyla Abaşidze vəfat etdi
Leyla Abaşidze vəfat etdi

Tanınmış gürcü aktrisası, Leyla Abaşidze 88 yaşında vəfat etdi. Məlumatı Birinci Kanala ailə üzvləri təsdiq etdilər.

Leyla Abaşidze son bir neçə həftə ərzində xəstəxanaya yerləşdirilmişdi.

O, 1929-cu il avqustun 1-də Tbilisidə anadan olmuşdur.

1951-ci ildə Tbilisi Şota Rustaveli adına Teatral İnstitutunu bitirdi.

1940-cı ildən “Kartuli Filmi” (gürcü filmi) kinostudiasında işləyirdi.