Levan Ratiani - yeni doğulmuş körpənin vəziyyəti hələ də kritikdir, cavabları gözləyirik, ana ilə bağlı isə, bildiyim qədərilə, koronavirusa yoluxması hələlik təsdiqlənməyib
Birinci Universitet Klinikasının direktoru, Levan Ratiani Marneulidən klinikaya gətirilmiş yeni doğulmuş körpənin vəziyyətinin hələ də kritik olduğunu bildirir.
Onun sözlərinə görə, analiz götürülüb və təhlillərin cavabını gözləyirlər.
Yeni doğulmuş körpənin anasına gəlincə isə, Ratianinin də qeyd etdiyi üzrə, onun koronavirusa yoluxması hələlik təsdiqlənməyib.
“Dünən xəstəxanaya yeni doğulmuş körpə kritik vəziyyətdə gətirildi.Bu mərhələdə deyə bilərəm ki, pasiyentin vəziyyəti kritik olaraq qalır.Parametrlər stabildir,lakin bu kliniki yaxşılaşma demək deyil,çünki istənilən dəqiqə xəstəlik daha da ağırlaşa bilər.
Anaya gəlincə isə,bildiyim qədərilə onun virusa yoluxması hələlik təsdiqlənməyib. Yeni doğulmuş körpədən nümunə götürülərək Luqar laboratoriyasına göndərilib və cavabları gözləyirik”- deyə Levan Ratiani bildirib.
Müəllif – Sevinc Mustafayeva