Levan Ratiani bəyan edir ki, Marneulidən daxil edilən 62 yaşlı qadına koronavirus üzrə ilkin test edildi və cavab mənfidir
Levan Ratiani bəyan edir ki, Marneulidən daxil edilən 62 yaşlı qadına koronavirus üzrə ilkin test edildi və cavab mənfidir

Tbilisi Universitet Klinikasına Marneulidən daxil edilən qadına koronavirus üzrə ilkin test edildi və cavab mənfidir, – bu barədə Gürcüstanın Birinci Kanalının efirində klinikanın direktoru, Levan Ratiani bəyan etdi.

Ratianinin dediyinə görə, sabah təkrar test ediləcək və qadın klinikanı bir neçə günə sağalmış halda tərk edəcək.

“Bizim Marneuli-Bolnisi zonasından olan qadın pasientimiz var idi. Klinikamıza daxil edilərkən durumu kritik olaraq ağır idi. Qadın aparatdan bir neçə gün bundan əvvəl çıxarıldı. Bu gün 14 gün keçdi və demək istəyirəm ki, koronavirus üzrə ilkin test mənfi gəldi. Sabah təkrar test ediləcək və qadın klinikanı bir neçə günə koronavirussuz tərk edəcək”, – Ratiani bəyan etdi.