Levan Kutaşvili və Yoseb Pavliaşvili Msxeta polis binasını şərhsiz tərk etdilər (foto/video)
Levan Kutaşvili və Yoseb Pavliaşvili Msxeta polis binasını şərhsiz tərk etdilər (foto/video)

Levan Kutaşvili və Yoseb Pavliaşvili Daxili İşlər nazirliyinin Msxeta-Mtianeti polis binasını tərk etdilər.

Birinci Kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, onlar jurnalistlərə şərh vermədilər.

Levan Kutaşvili və Yoseb Pavliaşvilini, polis binası qarşısında ailə üzvləri gözləyirdilər. Onlar Msxetadan güman edildiyinə görə, yaşayış evlərinə getdilər.

Levan Kutaşvili və Yoseb Pavliaşvili polis binasında sorğuda idilər. Buna qədər isə onlar Qaçqınlar və onların məskunlaşdırlması naziri Sozar Subari, Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Daxili İşlər nazirinin birinci müavini Kaxaber Sabadanze və Dövlət Təhlükəsizliyi Xidmətinin informasiya-analitik departamentinin direktor müavini Kaxaber Kemoklidze görüşdülər.

Levan Kutaşvili və Yoseb Pavliaşvili işğal olunmuş Axalqorini martın 11-də tərk etdilər.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 22-də işğal olunmuş Sxinvalinin nümayəndələri Gürcüstanın üç vətəndaşınl – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Pavliaşvilini qeyri qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.

ლევან ქუტაშვილი და იოსებ პავლიაშვილი მცხეთის პოლიციის შენობას ტოვებენ

Posted by პირველი არხი on 2018 წლის 11 მარტი, კვირა