Levan Xabeişvili - Zərər çəkmiş insanlar qane olana qədər Qurcaanidəki vəziyyəti şəxsi nəzarətimə götürmək niyətindəyəm
Levan Xabeişvili - Zərər çəkmiş insanlar qane olana qədər Qurcaanidəki vəziyyəti şəxsi nəzarətimə götürmək niyətindəyəm

Zərərçəkən insanlar qane olana qədər mən şəxsən Qurcaanidəki vəziyyəti şəxsi nəzarətimə götürəcəyəm  – bu haqda “Milli Hərəkat”ın sədri Levan Xabeişvili bildirib.

Levan Xabeişvili güclü külək və dolunun ziyan vurduğu Qurcaaniyə gedib.

Xabeişvilinin sözlərinə görə, zərər çəkmiş əhaliyə kömək üçün ehtiyat fondlardan pul ayrılmalıdır.

“Qurcaani Munisipaliteti və qubernatorluğu buna yetə bilməz. Bütün hökumət nümayəndələri bura gəlməlidir. Vəsait ehtiyat fondlardan ayrılmalıdır. Əhaliyə dəyən zərərin təsviri, o cümlədən Qurcaaniyə dəymiş ziyanın hesablanması bu gündən başlamalıdır. Burada bələdiyyə sədri, qubernator heç nə qərar verə bilmir, gəlib-gedirlər, bu o demək deyil ki, iş görüləcək. Sabahdan əlavə ciddi işlər olacaq. Təcili olaraq ehtiyat fondlardan pul ayrılmalıdır. Çox sayda avtomobili su aparırdı. Ona görə də tez səfərbər olmaq vacibdir. Hökümət nümayəndələri bu yerə gəlməlidir. Zərərçəkən insanlar qane olana qədər mən şəxsən Qurcaanidəki vəziyyəti şəxsi nəzarətimə götürəcəyəm”- Xabeişvili bildirib.