Levan Izoria - NATO ilə bərabər dünyada sülhü və təhlükəsizliyi gücləndirəcəyik
Gürcüstan NATO qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiq qalır və sülh missiyasında iştirak etməyə tam tərkibi ilə davam edir, – bu barədə bəyanatı Gürcüstanın Müdafiyə Naziri Levan İzoria NATO baş qərargahında “Möhkəm dəstək” əməliyyatında iştirak edən Müdafiyə Nazirləri ministerialında çıxış zamanı verdi.
Görüşü NATO-nun baş katibi Yens Stoltenberq açdı və qeyd etdi ki, Əfqanistan üçün NATO və partnyor ölkələrin dəstəyinin həyati əhəmiyyəti var.
“Təlim missiyamızdaki kontingenti artırırıq və Əfqanistan qüvvələri üçün maliyyə dəstəyi davam edirik, ki onlar öz vətənində təhlükəsizliyi qoruya bilsinlər” – dedi Levan İzoria.
Gürcüstanın Müdafiyə Naziri ölkənin adı ilə birdaha bəyan etdi ki, Gürcüstan NATO ilə bərabər dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirməyə davam edəcək.