Levan İzoria - Hökumət, daha çox ünsiyyətlə Avropa istəklərimizin hər zaman sarsılmaz olacağına dair tərəfdaşlarımızın əhvali-ruhiyyəsini gücləndirməyimiz üçün səfərbər olub
Levan İzoria - Hökumət, daha çox ünsiyyətlə Avropa istəklərimizin hər zaman sarsılmaz olacağına dair tərəfdaşlarımızın əhvali-ruhiyyəsini gücləndirməyimiz üçün səfərbər olub

 
Hökumət, daha çox ünsiyyətlə Avropa istəklərimizin hər zaman sarsılmaz olacağına dair tərəfdaşlarımızın əhvali-ruhiyyəsini gücləndirməyimiz üçün səfərbər olub- bu haqda Gürcüstanın Almaniyadakı səfiri Levan İzoria açıqlayıb.

Şəffaflıq qanunu gürcü hüquqi məkanının bir hissəsi olduğu müddətcə, Almaniyanın Gürcüstanla danışıqların açılmasını dəstəkləməyəcəyi ilə bağlı bu ölkənin (Almaniyanın ) mövqeyi haqda Levan İzoriaya sual ünvanlanıb.

İzoria, alman həmkarlar ilə söhbət zamanı Gürcüstanın Avropa istəklərinə sadiqliyinin əsas mesaj olduğunu bildirib.

“Mən və həmkarlarım ikitərəfli dialoq çərçivəsində yerli həmkarlarımızla müəyyən ünsiyyət qurmaq və onlarla görüşmək imkanı əldə etdik. Təbii ki, istəklərimizə sadiq olmağımız, kursumuzun dönməz olması bu söhbətlərin əsas mesajı və pafosudur. Bu, sadəcə subyektiv seçim deyil, bizim xalqın seçimidir və hökumət məhz bu xalqın əsas seçimi ətrafında, o cümlədən tərəfdaşlarımızla daha çox dialoq, daha çox ünsiyyətlə Avropa istəklərimizin hər zaman sarsılmaz olacağına dair tərəfdaşlarımızın əhvali-ruhiyyəsini gücləndirmək, inam yaratmaq üçün səfərbər olub”- İzoria qeyd edib.