Levan Qopodze - Respublika xəstəxanasında boş yerlər var və ümid edirik ki, vəziyyət belə davam etsə, hospital sektorun yükü azalacaq
Tbilisi Respublika Xəstəxanasının direktoru Levan Qopodzenin bəyanatına görə, bir neçə gündür, klinikada boş yerlər yaranır və klinika kovid-infeksiyalı pasientləri yerləşdirməyə hazırdır.
Qopodze bəyan edir ki, epid-vəziyyət belə davam etsə, hospital sektorun yükü də azalacaq.
“Hazırda təlaş edəcək bir vəziyyəz yoxdur. Deyə bilərəm ki, son bir neçə gündür ki, vəziyyət biraz stabilləşib. Qəbul etdiyimiz pasientlərin sayı əvvəlki kimi çox deyil. Hətta boş yerlərimiz də var. Kovid-mehmanxanalar da fəal şəkildə işləyirlər və bu da bizə xəstəliyin idarə edilməsi üçün çox böyük kömək olur”, – dedi Levan Qopodze.