Levan Davitaşvilinin interpelyasiya formatında dinlənilməsi təxirə salınıb
Levan Davitaşvilinin interpelyasiya formatında dinlənilməsi təxirə salınıb

 
Aprelin 19-da Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin interpelyasiya formatında dinlənilməsi təxirə salınıb.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bir az bundan əvvəl deputatlara açıqladığı üzrə, Levan Davitaşvili ezamiyyətə çıxır.

“Bu gün iki interpelyasiya haqqında məlumatı elan etdim. Hər iki məruzəçi ilə ünsiyyətimiz oldu və məlum oldu ki, iqtisadiyyat naziri bu gün ezamiyyətə çıxır. O, interpelyasiya qaydasında dinlənilməni təxirə salmağımızı xahiş etdi. Dinləmə növbəti ayda keçiriləcək”- deyə Şalva Papuaşvili açıqlayıb.

Sabah Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə interpelyasiya qaydasında dinləniləcək. Dinləmə saat 12:00-da başlayacaq.