Levan Davitaşvili - ümid edirəm bir neçə günə "Borjomi" şirkətinin fəaliyyətini bərpa etməyə imkan verəcək konkret dəyişikliklər olacaq
Levan Davitaşvili - ümid edirəm bir neçə günə "Borjomi" şirkətinin fəaliyyətini bərpa etməyə imkan verəcək konkret dəyişikliklər olacaq

 
Ümid edirəm bir neçə günə “Borjomi” şirkətinin fəaliyyətini bərpa etməyə imkan verəcək konkret dəyişikliklər olacaq-bu barədə
iqtisadiyyat naziri, vitse baş nazir Levan Davitaşvili bildirib.

Davitaşvilinin sözlərinə görə, ən əsası şirkətin tam fəaliyyət göstərə bilməsidir.

“Burada iki məsələ var – ilk növbədə şirkətin tam fəaliyyət göstərə bilməsi ən vacib məsələdir. Hökumət uzun müddətdir bu istiqamətdə işləyir. Müəyyən dəyişikliklər üçün səhmdarlarla işləyirik; Müvafiq olaraq şirkət sanksiyaların, beynəlxalq sanksiyaların subyekti olmamalıdır; Eyni zamanda, təsisçilərin sanksiyalar altında olduğu beynəlxalq tənzimləyicilərlə işləyirik və nəticə etibarı ilə şirkətin fəaliyyətində müəyyən ləngimələr olur. Prosesin şəffaf olması üçün maliyyə institutları ilə də işləyirik. Gürcüstan hökumətinin qərarları barədə tam məlumat əldə etmələri üçün həmçinin beynəlxalq tərəfdaşlarla da işləyirik və ümid edirəm bir neçə günə şirkətinin fəaliyyətini bərpa etməyə imkan verəcək konkret dəyişikliklər əldə edilməsinə nail ola biləcəyik”- deyə Levan Davitaşvili bildirib.