Levan Davitaşvili - bu il rekord göstəricidə üzüm işləndi, üzümçülərin gəliri isə, 300 milyon lariyi aşdı
Levan Davitaşvili - bu il rekord göstəricidə üzüm işləndi, üzümçülərin gəliri isə, 300 milyon lariyi aşdı

2018-ci ildə müstəqil Gürcüstan tarixində rekord sayda – 230 min ton üzüm işləndi, üzümçülərin gəliri isə, 300 milyon laridən artıqdır, – bu barədə bəyanatı kənd təsərrüfatı naziri Levan Davitaşvili verdi.

Levan Davitaşvili mətbuat konfransında bu ilki “Rtveli”-yi (üzüm sezonunu) yekunlaşdırdı və jurnalistlərə son altı il ərzində üzümçülük-şərabçılıq sahəsidə həyata keçirilən tədbirləri təqdim etdi.

Nazirin qeyd etdiyinə görə, şərab ixracının həcmi artıb, ixrac bazarları isə, diversifikasiya edilib, yeni və daha genişləndirilmiş şərab müəssisələri yaradılıb, aqro-kredit və aqro-sığorta sistemləri  işləməyə başlayıb.

Levan Davitaşvilinin dediyinə görə, dövlət yardımı ilə üzümçülük və şərabçılıq sahəsi gücləndirilib və artıq subsidiya forması ilə dəsətəyə ehtiyacı yoxdur.