Levan Davitaşvili - azad ticarət rejimi altında gürcü mənşəli məhsullar dünyanın 2,3 milyardlıq istehlak bazarına daxil ola bilər
Levan Davitaşvili - azad ticarət rejimi altında gürcü mənşəli məhsullar dünyanın 2,3 milyardlıq istehlak bazarına daxil ola bilər

Ölkələr arasında tərəfdaşlıq əlaqələrinin, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi zərurəti və bununla bağlı mövcud perspektivlərin reallaşdırılması bizim üçün ən vacib məsələdir  – vitse baş nazir, İqtisadiyyat və Davamlı İnkişaf naziri parlamentdə çıxışı zamanı deyib.

Levan Davitaşvilinin sözlərinə görə, bu istiqamətdə tərəfdaş ölkələr arasında iqtisadi əlaqələrin inkişafı və dərinləşdirilməsi üçün bütün mühüm və səmərəli platformalardan istifadə edilməlidir.

İqtisadiyyat naziri “Nazir saatı” formatında çıxışı zamanı Gürcüstanın müxtəlif ölkələrlə artan ticarət-iqtisadi əlaqələrinin dinamikasını və bununla bağlı mövcud statistik məlumatları xüsusilə vurğulayıb.

“Qeyd edək ki, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında sazişin mətni üzrə danışıqlar başa çatıb, onun həyata keçirilməsindən sonra Gürcüstan üçün azad ticarət rejimi altında yüksək alıcılıq qabiliyyəti olan doqquz milyonluq istehlak bazarı açılacaqdır. Müqavilə 2023-cü ilin oktyabrın 10-da imzalanacaq. Gürcüstandan Əmirliyə məhsul ixrac edərkən Gürcüstan məhsullarının 97,5%-nin tarifsiz, sıfır vergi ilə idxal olunması vacibdir”- deyə iqtisadiyyat naziri bildirib.