"Leoqrandın" sahibi - Mehmanxanada olan şəxslər, xüsusi mərdivənlə dərhal bayıra çıxmaq yerinə, paltarlarını geyinməyə vaxt itiriblər
"Leoqrandın" sahibi - Mehmanxanada olan şəxslər, xüsusi mərdivənlə dərhal bayıra çıxmaq yerinə, paltarlarını geyinməyə vaxt itiriblər

Batumidəki “Leoqrand” mehmanxanasının sahibi olan iş adamı Erol Evgörenin dediyinə görə, yanğın zamanı mehmanxanada olan insanlar dərhal bayıra çıxmaq əvəzinə, qarderobdan üst geyimlərini almağa çalışıblar və bayıra çıxa bilməyiblər.

Bu barədə məlumatı Erol Evgören MilliGazete-ye verib.

Erol Evgören mehmanxanada partlayış versiyasını istisna edir. Onun dediyinə görə, yanğın siqaretdən və ya digər yanan əşyalardan yayıla bilərdi.

“Yanğın zamanı həlak olanlar Spa -mərkəzindəidilər, harda masaj salonu, havuz, türk hamamı və sauna yerləşir. Yanğın baş verən zaman bu insanlar paltarlarını geyinməyə tələsiyiblər, halbuki dərhal bayıra çıxmalı idilər” – dedi türk iş adamı.

“Təbii yolla yanğının çıxması mümkün deyil. Mən gürcü hüqüq sisteminə etibar edirəm. Əminəm ki, istintaq yanğının real səbəblərini müəyyən edəcək. Ölənlərin liftdə tapıldığı söylənir, ancaq bu belə deyil. Onlar Spa-mərkəzində liftin qabağında idilər. Yanğın sistemimiz gərəkdiyi kimi çalışırdı, siqnal isə, momental şəkildə quruldu. İndi, prokurorluğun, polisin və yanğın söndürən xidmətinin hesabatını gözləyirik” – dedi “Leoqrandın” sahibi.

Erol Evgören bəyan etdi ki, ölənlərin ailələrinə yardım edəcək.