"Leoqrand" mehmanxanasında baş verən yanğın zamanı ölənlərin ailələrinin kompensasiya məsələsi üzrə danışıqlar başa çatdı
“Leoqrand” mehmanxanasının menecmenti baş verən yanğın zamanı həlak olanların ailələri ilə kompensasiya məsələsi üzrə danışıqların bir mərhələsini başa çatdırdı.
Şirkətin vəkili Kaxa Tseretelinin dediyinə görə, hər 10 ailə ilə müvafiq müqavilə imzalandı.
Onun dediyinə görə, ailələrə məbləğ verilməsindən başqa, uşaqlarının təhsil və işlə təmin edilməsi ödəliyini də şirkət üzərinə götürür.
“Leoqrand” mehmanxanasına bugünə qədər istintaq aparılır.
Mehmanxana binasını bugünə qədər hüquqmühafizəçilər qoruyurlar. İstintaq başa çatandan sonra bina sahibinə qaytarılacaq.
Yanğın zamanı ölənlərin ailələri şərh verməkdən baş qaçırdırlar, ancaq şəxsi söhbətlərdə bəyan edirlər ki, şirkətdən kompensasiya şəklində 50 000 dollar alacaqlar.