Layiqli Partnyor 2018” nümayiş təlimləri ilə başa çatdırıldı (Foto)
Layiqli Partnyor 2018” nümayiş təlimləri ilə başa çatdırıldı (Foto)

Çoxmillətli hərbi təlim “Layiqli partnyor  2018” Vazianinin 11-ci atış mərkəzində keçirilən nümayişlə başa çatdırıldı.

Təlimlərin başa çatması ilə bağlı keçirilən tədbir iki hissədən ibarət idi.

Öncə dəvət edilən qonaqlar üçün “Birləşdirilmiş döyüş atışları təlimləri” adlı nümayiş göstərildi.

Cari ilin hərbi təlimlərində amerikan “Apaçi” helikopterləri də iştirak edirdilər.

Gürcü hərbi xidmətçiləri ilk dəfə tanka qarşı “Cavelin” kompleksindən istifadə etdilər.

Döyüş atışları zamanı gürcü, alman və amerikalı hərbi xidmətçilərinə, alman piyada zirehli maşını “Marderer” yardım edirdi. Təlimlərdə əsasən, gürcü, amerikan və alman döyüş texnikalarından istifadə edildi.

Nümayiş təlimləri başa çatdıqdan sonra, rəsmi qapanış mərasimi keçirildi, hansında əsgərlər mükafatlandırıldılar.

Foto müəllifi: İrakli Gedenidze