Laşa Talaxadze titulunun qorunmasına çalışacaq
Laşa Talaxadze titulunun qorunmasına çalışacaq

Amerika Birləşmiş Ştatlarında, Anahaim şəhərində Ağır Atletika üzrə Dünya Çempionatı keçirilir. Gürcü ağırlıq qaldıranlar artıq iki medal qazanıblar. Şota Mişveladze bürünc medal, Anastasiya Qotfrid isə qızıl medal qazandı.

Sabah tezdən isə arenada hazırkı çempion – Laşa Talaxadze, titulun qorunmasına çalışacaq. Onların çıxışı saat 05:30-da başlayacaq.

Birinci Kanalın jurnalisti oradadır və ən yeni məlumatı veb səhifəmiz vasitəsi ilə catdıracağıq.