Laşa Nozadze - Kredit alan şəxsin öldüyü halda, borcunu onun hüquqi varisləri ödəyəcəklər
Laşa Nozadze - Kredit alan şəxsin öldüyü halda, borcunu onun hüquqi varisləri ödəyəcəklər

“Kredit alan şəxsin öldüyü halda, kredit borcunu onun hüquqi varisləri ödəyəcəklər, – bu barədə bəyanatı  Problemli Kreditlər bürosunun direktoru Laşa Nozadze Birinci kanalın “Aktual mövzu” verlişində verdi.

“Belə hallarda, kredit verən şirkət, kredit alan şəxsin hüquqi varisini tapıb, borcun ödənməsini ondan tələb edəcək və bu qanun pozuntusu deyil”, – dedi Laşa Nozadze.

Onun dediyinə görə, əgər onlain-kredit şirkəti konkret bir istifadəçiyə qarşı məhkəməyə şikayət daxil etsə, məhkəmə qərarı əsasında, Milli İcra Bürosu, istifadəçinin yaşadığı ünvana gedib hərhansı əşyasına əl qoya bilər.