Laşa Xutsişvili - Gəlirlər xidmətində qeydiyyatdan keçən özləri üçün işləyən fiziki şəxslər, kompensasiya almaq üçün əlavə sənədlərin təqdim etməli deyillər
Gəlirlər xidmətində qeydiyyatdan keçmiş özü üçün işləyən fiziki şəxslər, hökümətdən kompensasiya alamaq üçün əlavə sənədlər təqdim etməli deyillər.
Bu barədə bəyanatı Maliyyə Nazirinin müavini Laşa Xutsişvili bu gün keçirdiyi təqdimatda verdi.
Onun dediyinə görə, 150 minə qədər qeydiyyatdan keçmiş özü üçün işləyən fiziki şəxs identifikasiya edildi və onlar 300 larilik kompensasiya alacaqlar.
“Onların arasında kiçik biznesi olan fiziki şəxslər də var. Həmçinin, kassa aparatları olan fiziki şəxsələr və bazarlrda işləyən şəxslər də kompensasiya alacaqlar” – dedi nazir müavini.
Laşa Xutsişvilinin məlumatına görə, kompensasiyası almaq məqsədi ilə fiziki şəxslər Səhiyyə elektron portalına müvafiq tələbləri: adı, soyadı, şəxsi nömrəsi, əlaqə nömrələri və bank rekvizitlərini təqdim etməlidirlər.
Elektron göstəricilərinin təqdim edilməsindən 10 gün sonra, işlə təmin etmə agentliyi sənədləri öyrənəcək və gərəkən hesablara məbləğ köçürüləcək.