Lançxutinin Supsa kəndində təbii fəlakətin vurduğu ziyan hesablanır
Lançxuti bələdiyyəsinin Supsa kəndində təbii fəlakət nəticəsində dəymiş ziyan hesablanır və onu xüsusi yaradılmış zərər hesablama komissiyası müəyyən edəcək.
Demək olar ki, hər ev və ya həyət təmizlənir. Kəndin bir hissəsinə işıq və su verilmir.
Lançxuti Şəhər Şurasının üzvü İa Mokianın sözlərinə görə, bütün gecə Supsada likvidasiya işləri gedirdi. Onun sözlərinə görə, hazırda sürüşmə nəticəsində zədələnmiş yollar təmizlənir.
“Hazırda dəymiş ziyanın hesablanması aparılır və bütün müvafiq xidmətlər səfərbər edilib. Dünən suyun səviyyəsi azalan kimi xilasetmə xidməti hələ də su qalan evlərdə nasosla suyun təmizlənməsi işləri aparıb. 9 nəfər təhlükəsiz əraziyə aparılıb. Biz hələ də çalışırıq ki, hər bir ailəyə çataq və dəymiş siyanı hesablayaq. Başqa ailəyə sığınan üç ailəmiz var. Zərərin hesablanması komissiyası fəal işləyir. Dünən bütün sutka ərzində və bugün də bizə zəng edirdilər və məlumat verirdilər ki, hansı ailənin təhlükəsiz yerə getməsinə ehtiyacı var, kimlərə ilkin tibbi yardım və məhsul lazımdır. Təbii ki, biz hər şeyi çatdırırıq”, – deyə İa Mokia bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev