Lançxuti Şəhər Şurasının üzvü İa Mokia-Quriya bölgəsində baş vermiş təbii fəlakət nəticəsində Supsa inzibati vahidinə ziyan dəyib, evlərin birinci mərtəbələrini su basıb
Lançxuti Şəhər Şurasının üzvü İa Mokia-Quriya bölgəsində baş vermiş təbii fəlakət nəticəsində Supsa inzibati vahidinə ziyan dəyib, evlərin birinci mərtəbələrini su basıb

Quriya bölgəsində güclü yağış nəticəsində Supsa inzibati vahidinə ziyan dəyib-deyə Lançxuti Munisipalitetinin majoritar deputatı İa Mokia bildirir.

O bildirir ki, Supsa çayı daşaraq evlərin birinci mərtəbələrini su basıb.

“Biz hökumətin gücü daxilində mümkün qədər fəlakətlə mübarizə aparırıq. Xilasetmə qrupları işləyir. Ətraf kəndlərə də ziyan dəyib. Şəxsən mənə daşqınla bağlı 100-ə yaxın zəng gəlib. Ən çətin vəziyyət Unaqiri sahəsindədir. Çoçxati inzibati ərazi vahidində torpaq sürüşməsi baş verib. Ona görə də hərəkət etmək praktiki olaraq mümkün deyil”, – İa Mokia bildirib.

Güclü yağışlar Quriya bölgəsində problemlər yaradıb. Bir neçə kənddə evlərin birinci mərtəbələrini, həyətyanı və əkin sahələrini su basıb.