Lançxuti merinin birinci müavini - təbii fəlakət zərərçəkənləri üçün məhsullar və ilkin tələbat malları toplayırıq, ehtiyaca uyğun olaraq onlara humanitar yüklər çatdırılacaq
“Gürcü arzusu” rayon təşkilatlarının nümayəndələri, ayrı-ayrı bələdiyyələrin meriyasının və bələdiyyə məclisinin əməkdaşları təbii fəlakətlərdən zərərçəkmişlərə kömək məqsədilə quru məhsullar və ilkin tələbat mallarını toplayırlar.
Lançxuti merinin birinci müavini Eka Qucabidzenin jurnalistlərə verdiyi məlumata əsasən, təbii fəlakət Quriya bölgəsinin sakinlərinə böyük ziyan vurub və onlar bələdiyyələrdə əhali üçün humanitar yardım toplamağa başlayıblar.
“Lançxuti bələdiyyəsində çox böyük təbii fəlakət baş verib. Təbii fəlakətdən ziyan çəkən xeyli insan var. Bələdiyyədə humanitar yüklərin yığılmasına başlanılıb. Çoxatauri və Tskaltubo bələdiyyələrindən də yük aldıq və onlara göstərdikləri dəstəyə görə təşəkkür edirik. Təxliyəyə məcbur qalan ailələr təxliyə edilib və mənzillə təmin olunub. Yerdə qalanlar ehtiyyaca uyğun olaraq humanitar yük alacaqlar”, – Eka Qucabidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev