Lançxuti meri bəyan edir ki, fəlakət bölgəsindən 50-yə yaxın ailə təxliyə edilib və hazırda xilasedicilər Xoreti kəndindən 5 nəfəri təxliyə edirlər.
Lançxuti bələdiyyəsinin meri Aleksandr Sarişvilinin məlumatına əsasən, 50-yə yaxın ailə təbii fəlakət zonasından təxliyə olunub, hazırda xilasedicilər briqadası Xoreti kəndindən 5 nəfəri təxliyə edirlər.
“Lançxuti bələdiyyəsində təbii fəlakətin aradan qaldırılması işləri aktiv rejimdədir. Dünən gecə boyu işlədik və 50-yə yaxın ailəni fəlakət bölgəsindən çıxardıq. Çoçxati icmasından vətəndaşların xüsusilə böyük axını var idi. Texnikalar, sadəcə təmizləmə lazım olan bütün yerlərə gedirlər ki, bu iki gündə təmizlənməli olan bütün yerləri əlimizdən gəldiyi qədər təmizləyə bilək. Dağılan, sürüşmə olan yerlər çoxdur. Əsas odur ki, ilk növbədə onu təmizləmək lazımdır”, – Aleksandr Sarişvili bildirib.
Lançxuti merinin sözlərinə görə, təbii fəlakət zonasında insanlar üçün qaynar xətt fəaliyyət göstərir.
“Ərazilərdə qalan insanlar üçün qaynar xətt var və kimin problemi varsa, bizə məlumat verməlidirlər. Xoreti kəndində vəziyyət pis olsa da, hazırda çayda suyun səviyyəsi azalıb. Merin nümayəndələri hər bir kənddə işləyir və əhali ilə fəal ünsiyyətdədirlər”, – deyə Aleksandre Sarişvili bildirib.
Lançxutinin Supsa kəndində təbii fəlakətin vurduğu ziyan hesablanır və onu xüsusi yaradılmış zərər hesablama komissiyası müəyyən edəcək.
Quriya bölgəsində baş verən təbii fəlakət nəticəsində 3 nəfər ölüb. Güclü yağış nəticəsində bir neçə kənddə evlərin birinci mərtəbələrini, həyətyanı sahələri və əkinçilik sahələrini su basıb.
Müəllif -
Mehemmed Bayramaliyev