Lançxuti bələdiyyəsinin Aketi kəndinin sakinləri Supsa çayından qum-çınqılın çıxarılmasına etiraz edirlər
Lançxuti bələdiyyəsinin Aketi kəndinin sakinləri Supsa çayından qum-çınqılın çıxarılmasına etiraz edirlər

Lançxuti bələdiyyəsinin Aketi kəndində etiraz aksiyası keçirilib. Mitinqdə onlar Supsa çayından qum-çınqılın çıxarılmasına etiraz ediblər. Yerli əhali hesab edir ki, sözügedən proses qanun pozuntusu ilə həyata keçirilir və bu da ekoloji problemlər yaradır. Onların sözlərinə görə, çay kənd təsərrüfatı sahələrini yuyub, yaxınlıqdakı körpü uçub və işlər davam edərsə, ekoloji fəlakət qaçılmaz olacaq.

“Problemlər artıq başlayıb. Buradan yüz metr aralıda kənd təsərrüfatı sahələri var və məhsul itirildi. Düşünürük ki, buna çayın səviyyəsinin dərinləşməsi səbəb olub. Qarğıdalı yayda lazım olan suyu almır. Quyularda su quruyur. Mərkəzi magistral yoxdur, indi çəkilir, amma indiki mərhələdə biz uzaq məsafədən su çəkirik. Biz tələb edirik ki, bu ərazidə qum-çınqıl hasilatı dayandırılsın. Biri ayılsın ki, buradan bu qədər qum-çınqıl çıxarmaq olmaz. Şirkətə beş illik lisenziya verilib və yeddi ayda yarısından çoxu çıxarılıb. Buradan daha 3000 maşın getməlidir, sonra burada nə qalmalıdır? Əgər iş dayandırılmasa, işlər çox pis gedəcək. İnsanlar əsəbiləşirlər. Problemlərimiz diqqətə alınmır. İş artıq ifrata varır”, – Mitinq iştirakçılarından biri deyib.

Qeyd olunan işləri “Axali Karxana” MMC həyata keçirir. Onun nümayəndələri bugünkü mitinqdə iştirak etməyiblər. Yerli hökumət qeyd olunan məsələyə münasibət bildirməyib.

Aketi sakinləri Gürcüstan Hüquqşünaslar Assosiasiyasına müraciət ediblər. Qurum nümayəndələrinin sözlərinə görə, qum-çınqıl hasilatı qanun pozuntusu ilə həyata keçirilir və onlar məsələni hərtərəfli öyrənməyi planlaşdırırlar.

Yerli sakinlər tələbə dərhal reaksiya verilməsini tələb edir, əks halda aksiyaların davam etdiriləcəyini bildirirlər.