Lali Turdzeladze - Vəfat edən 81 yaşlı pasiyentin koronavirusu artıq yox idi, ancaq virus onun xronik xəstəliklərini ağırlaşdırmışdı
Birinci Universitet Klinikasının direktoru Lali Turdzeladzenin məlumatına görə, koronavirusdan həlak olan 12-ci pasiyent 81 yaşlı qadın idi.
Lali Turdzeladzenin qeyd etdiyinə görə, pasiyent aprelin 29-da koronavirusdan sağalmışdı, ancaq virus onun xronik xəstəliklərini ağırlaşdırmışdı.
“Pasiyent klinikamıza aprelin 12-də gətirilmişdi və sünii nəfər alma aparatında idi. Vəziyyəti ağır idi. Koronavirusdan aprelin 29-dan sağalmışdı, ancaq miokard infarktı keçirmişdi, yükək təzyiqi və sepsisi var idi.
Pasiyent mayın 13-də, saat 22:00-da vəfat etdi. O 81 yaşlı gürcü qadın idi”- dedi Lali Turdzeladze.