"Lactalis" nümayəndələri - Gürcüstan bazarındaki "Selia" süd məhsullarında bakteriya aşkarlanmadı
"Lactalis" nümayəndələri - Gürcüstan bazarındaki "Selia" süd məhsullarında bakteriya aşkarlanmadı

Gürcüstanda satılan “Lactalis”-in istehsal etdiyi “Selia” uşaq qidasında salmonella bakteriyası aşkarlanmadı.

Bu barədə məlumatı şirkətin nümayəndələri mətbuat konfransı zaman verdilər.

Onların dediklərinə görə, qida məhsulunun yoxlanışını, Kənd Təsərrüfatı Nazirliyinin akkreditasiyasından keçən laboratoriya həyata keçirdi.

 

Buna baxmayaraq, şirkət yenə də məhsulun Gürcüstanda yayılmasını dayandırır və bazarlardan çıxardılmasına davam edir.

 

Lactalis uşaq qida məhsullarında salmonella bakteriyasının aşkarlandığı barədə məlumat dekabrın 12-də yayıldı.

Yayılan məlumata görə, Fransada həmin bakteriyadan 26 uşaq zəhərləndi və tədqiqat nəticəsində məlum oldu ki, salmonella bakteriyası, uşaqların aldığı Lactalis qidasında aşkarlandı.

Məhsulun realizasiyası dünya bazarlarında dərhal dayandırıldı.