Laqodexidə yay düşərgəsi açıldı
Laqodexidə yay düşərgəsi açıldı

Laqodexi futbol akademiyasında cari ildə ikinci dəfə yay düşərgəsi açıldı.

Layihə bir həftə davam edəcək və onun təşkilatçısı Futbol Federasiyasıdır.

Futbol düşərgəsində Gürcüstanın müxtəlif regionlarından qadın futbol klubunun 15-yaşa qədər 60 üzvü iştirak edir.

Bir həftə ərzində, qızlar xüsüsi ilə tərtib edilən proqramla yaşayacaqlar. Düşərgədə intelektual oyunlar, kino göstərişləri və digər maarifləndirici aktivliklər planlaşdırılıb.

Qızları UNFPA fondunun Gürcüstan ofisinin nümayəndələri ziyarət edəcəklər və treninqlər keçirəcəklər.

Düşərgədəki qızlara Gürcüstanın Milli Qadın Komandasının üzvləri idman təlimləri keçirəcəklər.

Qızlar düşərgəsi #WePlayStrong Together– layihəsi çərçivəsində keçirilir.

Layihənin məqsədi stereotiplərin sınması və qızların futbola qoşulmasıdır.