Lado Çanturia Strasburq Məhkəməsində Gürcüstandan təqdim edilən hakimin vəzifəsini yerinə yetirməyə başladı.
Gürcüstanın Ədliyyə Nazilriyinin məlumatına görə, and içmə mərasimi Avropa İnsan Hüquqları Məhkəməsində yanvarın 8-də keçirildi. Mərasimdə Avropa Şurasında Gürcüstanın daimi nümayəndəsi, Avropa Məhkəməsinin prezidenti və hakimlər iştirak edirdilər.
Lado Çanturia bu vəzifədə Nona Tsotsoriayı əvəz etdi.
Atrasbuq Məhkəməsində hakim vəzifəsini o 9 il, 2027-ci ilə qədər yerinə yetirəcək.