Lado Qudiaşvili meydanındaki tarixi binaların reabilitasiyası iki həftəyə başlayacaq

Tbilisinin meri Kaxa Kaladze bugün Lado Qudiaşvili meydanına getdi və meydanın reabilitasiyası üçün planlaşdırılan inşaat işləri haqıında detallı məlumat dinlədi.

Layihəyə əsasən, Lado Qudiaşvili meydanı və onun yaxınlığındaki ərazidəki 30-dan artıq tarixi binanın reabilitasiyası iki həftədən sonra başlayacaq.

“Şəhərdə gördüyümüz hərşey bizim varlığımızdır və bunları qorumaq lazımdır. Tbilisinin tarixi hissəsinin reabilitasiyası əsas prioritetlərimizdən biridir və gələn ildən bu istiqamətdə 500 milyon lari xərcləməyi düşünürük” – dedi Kaxa Kaladze.

Tbilisi meriyasının məlumatında qeyd olunur ki, layihəyi Tbilisinin İnkişaf Fondu həyata keçirir.