Kvemo-Poniçalada xüsusi əməliyyat keçirilir
Kvemo-Poniçalada xüsusi əməliyyat keçirilir

Daxili İşlər Nazirliyi hazırda Kvemo-Poniçalada xüsusi əməliyyat keçirlir.

Əməliyyat narkotik cinayəti ilə bağlıdır, ancaq hadisənin təfərrüatları haqqında məlumat yayılmır.

Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.

Həbs edilənin ailə üzvləri səs-küy saldılar və polis onları hadisə yerindən uzaqlaşdırdı.

Mərkəzi Kriminal Polis departamentinin nümayəndəsi Badri Mçedlişvili bəyan edir ki, bu mərhələdə istintaq işləri aparılır.

“Xüsusi əməliyyat narkotik cinayəti ilə bağlıdır. Daha sonra idarə sizə hadisə haqqında təfərrüatlı məlumat verəcək” – dedi Mçedlişvili.