Kvemo-Kartlinin qubernatoru Rustavidə əlavə sərtləşdirmə tədbirlərini lazım hesab etmir
“Proseinin kontroluluz altından qaçması ilə bağlı proqnozun edilməsi çətindir, ancaq hazırda əlavə sərtləşdirmə tədbirlərin görülməsi gərəkmir” – bu bəyanatı Kvemo-Kartli bölqəsinin qubernatoru Şota Rexviaşvili verdi.
Şota Rexviaşvilinin dedyinə görə, bankla ünsiyyət nəticəsində infeksiaya yoluxan qadının həyat yoldaşı və uşağında koronavirus qeydə alındı.
“Qadının həyat yoldaşı və uşaqlarının yüksək temperaturları var. Risk altında olan bütün kontaktlar öyrənilib. Polisə tapşırıq verilib və öztəcrid rejimlərinə nəzarət edilir.Bu mərhələdə əlavə sərtləşdirmə tədbirləri gərəkmir. Sadəcə olaraq, termoskrininq keçiriləcək və müəyyən ərazilərdə dezinfeksiya keçiriləcək” – dedi Şota Rexviaşvili.