Kvemo Kartlidə „TV Pirveli“-nin  çəkiliş qrupuna edilən hücum ilə əlaqədar istintaq başladıldı
Kvemo Kartlidə „TV Pirveli“-nin çəkiliş qrupuna edilən hücum ilə əlaqədar istintaq başladıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsi, Tsalka Munisipalitetinin kəndlərindən birində baş verən faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) və 154-cü ( jurnalist fəaliyyətinə mane olmaq) maddələri ilə istintaq başlatdı- bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Cari ilin 30 iyun tarixində Tsalka Munisipalitetinin Tsintsğaro kəndində yerli sakin “TV Pirveli”-nin çəkiliş qrupu ilə fiziki qarşıdurma yaşayıb, o jurnalistlərə peşə fəaliyyətlərini həyata keçirməyə maneəçilik törədib və onları fiziki təhqirə məruz qoyub.

Bildiriş daxil olduqdan dərhal sonra polis hadisə yerinə gedib  və istintaq tədbirləri görməyə başlayıb”-deyə DİN-dən bildirilib.

Onların sözlərinə görə, hadisəni törədən şəxsə yönəlik  müvafiq hüquqi məsuliyyət tətbiq etmək üçün istintaq tədbirləri davam etdirilir.