Kvemo-Bolnisi kəndinə "Liberty Bankın" maşını daxil oldu və yerlilərə pensiya paylandı
Nəzarətin sərtləşdirildiyi Kvemo-Bolnisi kəndinə bu gün “Liberty Bankın” maşını daxil oldu və yerlilərə pensiya paylandı.
Pensiya almağa gələn yerlilərin axınını qaydaya salmaq və sosiyal distansiyanın qorunmasını təmin etmək üçün prosesə hüquqmühafizəçilər və könüllülər qrupu da qoşulmuşdu.
“Pensiyadan başqa, 100 sosiyal paket də var və onlar da paylanacaq. Kənddə sakitlikdir. Əhalinin karantin məhdudiyyətləri haqqında məlumatı var ” – dedi Bolnisi meri Davit Şerazadişvili.