Ğvareli Pul Muzeyində "Gürcü pulunun hazırlanması tarixi" adlı sərgi açılıb
Ğvareli Pul Muzeyində "Gürcü pulunun hazırlanması tarixi" adlı sərgi açılıb

Beynəlxalq Muzeylər Günü və Müstəqillik Həftəsi çərçivəsində bu gündən Gürcüstan Milli Bankının Pul Muzeyində “Gürcü pulunun hazırlanması tarixi” adlı sərgi açılıb.

Milli Bankdan verilən məlumata görə, muzeyi ziyarət edənlər Gürcüstanda 1919-1921-ci illərdə, Birinci Demokratik Respublika dövründə əskinasların istehsal tarixi ilə tanış olmaq, müvafiq dövrə aid fotoşəkillərə baxmaq imkanı əldə edəcəklər.

Sərgi – “Gürcü pulunun hazırlanması tarixi 1919-1921”, cari ilin mayın 29-dək davam edəcək.

Ğvareli Pul Muzeyi (Rustaveli #10) cümə axşamından bazar ertəsinə qədər, saat 09:00-dan 18:00-dək ziyarətçiləri qəbul edir.