Kvaxvreli kəndi yaxınlığındakı Kür çayı gənc kişinin cəsədini yuyaraq sahilə çıxarıb

 

Qori Munisipalitetinin Kvaxvreli kəndi yaxınlığında Kür çayı gənc kişinin cəsədini yuyaraq sahilə çıxarıb.

Kür çayındakı cəsədi çoban Uplistsixe kəndi yaxınlığında görüb və 112+yə zəng edib. Cəsədi xilasedicilər çıxarıb.

Ekspert-kriminoloqlar hadisə yerində işləyirlər. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hələlik şəxsin kimliyi məlum deyil.