Kutaisinin yeni İnfeksiya Klinikasına yerləşdirilən səkkiz pasientdə koronavirus təsdiqlənmədi

Kutaisinin yeni İnfeksiya Klinikasına yerləşdirilən və aralarında dörd yaşlı uşağın olduğu səkkiz pasientdə koronavirus təsdiqlənmədi.

Kutaisi infeksiya klinikasına pasientlərin analizlərinin cavabı Luqar laboratoriyasından göndərildi.

Həkimlərin məlumatına görə, pasientlərin mövsum virusları var və müvafiq müalicədən keçirlər.

Qeyd olunan səkkiz nəfərdən üçü dünən gecə klinikaya özü müraciət etdi. Keçən həftə onlar Avropanın müxtəlif yerlərində səyahət edirdilər.

Digər beş nəfəri isə, Kutaisi xəstəxanasına hava limanından gətirdilər.