Kutaisinin "Bomond" klinikasında koronavirusdan 15 günlük uşaq sağaldı

Kutaisinin “Bomond” klinikasının intensiv terapiya bölməsində koronavirusdan 15 günlük uşaq sağaldı. Koronavirusu təsdiqlənən zaman uşaq dörd günlük idi. O klinikada 11 gün ərzində müalicə olunurdu.

Klinikanın intensiv terapiya bölməsində hazırda koronavirusdan 16 günlük uşaq müalicə görür. Yeni doğulan uşağın sağlamlıq vəziyyəti hazırda stabildir.

Bölməyə koronavirusa oxşayan simptomlarla yenə dörd yeni doğulmuş uşaq yerləşdirilib.

Onların biolojik materialları laboratoriyaya tədqiqat üçün göndərilib.

“Bomond” klinikasının covid-mərkəzində 120 pasient müalicəyə davam edir, sağalanların sayı isə, 350-dən artıqdır.