Kutaisinin "Bomond" klinikasında bəyan edirlər ki, bugün vəfat edən iki infeksiyalı pasiyentin ölüm səbəbi xronik xəstəlikləri oldu
Kutaisinin “Bomond” klinikasında bəyan edirlər ki, bugün vəfat edən iki infeksiyalı pasiyentin ölüm səbəbi xronik xəstəlikləri oldu.
Klinikanın meneceri Mamia Kipianinin dediyinə görə, 78 yaşlı qadının iki tərəfli pnevmoniya ilə bərabər, onkoloji xəstəliyi və var idi.
Həlak olan digər 72 yaşlı qadının isə, ürək çatışmamazlığı, kardiomiopatia və iki tərəfli hidrotoraksı var idi.
Vəfat edən pasiyentlər klinikaya sentybarın 15 və 16-da gətirilmişdilər.
Klinika “Bomond” sentyabrın 15-dən fəaliyyət göstərməyə başlayıb.
Hazırda klinikada 90 nəfər covid-19 infeksiyalı pasiyentlər müalicə olunur.